“Sent-Etyen”lə matç bizim üçün dönüş nöqtəsi ola bilər. Ümumiyyətlə, Avropa Liqasının ilk görüşündə “İnter”ə məğlubiyyətdən sonra qələbə qazanmalıyıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukrayna təmsilçisinin çalışdırıcısı bildirib ki, ev oyunlarını doğma stadionlarında keçirmək istəyirlər:
“Dnepropetrovsk şəhərində heç bir təhlükə yoxdu. Biz oyunlarımızı orada keçirmək istədik. Amma UEFA icazə vermədi. Bizim üçün doğma arena daha yaxşı olardı. Azarkeşsiz stadionda oynamaq istəmirik. Kiyevdə heç kim bizi dəstəkləmir. Belə olan halda, futbolçularımız özlərini yaxşı hiss etmirlər. “Sent-Etyen”ə qarşı keçirəcəyimiz oyun qrupdakı ən vacib matçlarımızdan biri olacaq. Mən komandama güvənirəm. Amma bizim üçün ən vacibi Ukrayna çempionatıdı. Əvvəlcədən də bunu demişdim ki, Avroliqada komandadan böyük uğur gözləmirəm. Yenə də oynayacağıq və uğur qazanmağa çalışacağıq”.
