Avropa Liqasında “Qarabağ”la “Dnepr” arasındakı səfər matçının Dnepropetrovskda keçirilməyəcəyi söz-söhbətləri gəzirdi.
Korner.az-ın məlumatına görə, bu, artıq dəqiqləşib. Ukrayna klubları ilə bağlı qərarını açıqlayan UEFA siyasi gərginliklə əlaqədar olaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının oynanılmasına qadağa qoyub.
“Dnepr”in Avroliqadakı ev oyunlarını Kiyevdə keçirəcəyi gözlənilir.
Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə Bakıdakı matçı oktyabrın 2-i, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.
