UEFA avrokuboklarda çıxış edən Ukrayna klubları – “Dnepr” və “Metallist”in ev oyunları ilə bağlı qərarını verib.
Korner.az-ın məlumatına görə, qitə futbol qurumunun qərarına əsasən, “Dnepr” Avroliqadakı ev oyunlarını Kiyevdə, “Metallist” isə Lvovda keçirəcək.
Beləliklə, “Qarabağ”ın “Dnepr”lə səfər matçı Ukrayna paytaxtında oynanılacaq.
Xatırladaq ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.
