Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinin oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Qarabağ” da Bakıda “Dnepr”lə qarşılaşacaq.
Polşalı hakimlər briqadasının idarə edəcəyi görüş Bakı vaxtı ilə 21.00-da başlayacaq
6 noyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) 1:2
Baş hakim: Pavel Qil
Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik
Dördüncü hakim: Konrad Sapela (hamısı Polşa)
Bakı. T. Bəhramov adına Respublika stadionu
