Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Dnepr”ə oyunöncəsi şad xəbər gəlib.
Korner.az-ın məlumatına görə, Dnepropetrovsk klubunun futbolçusu Mateus Leyte Nasimento müalicə kursunu uğurla başa vuraraq komandanın heyətinə qatılıb.
Arıq braziliyalı hücumçu klubun bazasında fizioterapevtik prosedurlar da daxil olmaqla, fərdi plan üzrə məşqlərə başlayıb.
