Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” II Bundesliqanın XXXII turunda “Darmştadt”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, ikinciliyi ələ keçirmək üçün bu rəqibini məğlub etməli olan "Karlsrue" bunu bacarmayıb. Nazarovun komandası öz meydanında məğlub olub – 0:1.
Bu görüşdə Dmitri Nazarov 83-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
