Dmitri Nazarov ehtiyatda qaldı
20.04.2019 , 18:58

Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ersgebirge” klubu ikinci bundesliqada növbəti görüşünü keçirib.
Millimizin futbolçusunun oynamadığı oyunda “Ersgebirge” klubu “Hamburq” klubunun qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Ersgebirge” ikinci bundesliqada 30 turdan sonra 33 xalla 13-cü pillədə qərarlaşıb.
