Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” Almaniya II Bundesliqasının 26-cı turunda doğma meydanda “Haydenheym”lə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Nazarov start heyətdə meydana daxil olub və 74-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Karlsrue” 26 turdan sonra 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
