Azərbaycan millsinin sabiq qapıçısı hazırda “Qəbələ”də qapıçı məşqçisi olan Dmitri Kramarenko maraqlı açıqlamalar verib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Foqtsun oyun sistemini bəyənmədiyini deyib.
“Səfərdəki oyunları anlamaq olar, amma ev oyunlarında bu qədər qoxaq futbol oynamaq olmaz”, – deyə Kramarenko bildirib.
Kramarenko daha sonra bu fikirləri ifadə edib: “Hal-hazırda 8 xalımız var bu rekorddur. Oyundan sonra Foqtsun müqaviləsinin uzadılması barədə fikirlər də səsləndi. Lakin hər şeyi bir oyunla ölçməyin düzgün olmadığını hesab edirəm. Foqts milli çempionatın oyunlarında iştirak etmir. Bir dəfə də olsun Qəbələyə gəlməyib”.