big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Divlər”in bəlası haqda ARAŞDIRMA

03.09.2014 , 13:00

“Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla, hər birimizi sevindirdi. Komandamızın artıq bu mərhələdəki rəqibləri də məlumdur: “Sent Etyen” (Fransa), “İnter” (İtaliya) və  “Dnepr” (Ukrayna). Komandamızın güclü qrupa düşməsinə baxmayaraq, “asan yem”ə çevrilməyəcəyinə inanmaq olar. Bir neçə gün əvvəl “İnter” haqda məlumatlandırıcı yazı dərc etmişdik. İndi isə sıra Fransa “Sent Etyen”indədir.
 
Tam adı: Association Sportive de Saint-Étienne Loire
Ləqəbləri: Les Verts(Yaşıllar)
Rəngləri: Yaşıl-ağ
Yaranma tarixi: 1918
Stadionu: Stade Geoffroy-Guichard Saint-Étienne, (40.830 yerlik)
Baş məşqçisi: Kristof Qatye
Uğurları: 10 qat Liqa-1 çempionu (mütləq rekordçu), 6 Fransa kuboku, 1 Fransa Liqası kuboku.

“Sent Etyen” Avropada “xodgedən” klublardan olmasa da, özümüzə də tay hesab edə bilmərik. Klub Fransanın ən titullu komandalarından biri və birincisidir. Yetərincə əzmkar və döyüşkən olan bu klubu heç kim Fransa da “asan yem” hesab edə bilməz. Amma yenə də bu klubu gözümüzdə böyütməyin, “div”ə tay tutmağın da heç bir mənası yoxdur. Məzmunlu və sürətli oyun hesabına Fransa  təmsilçisindən də xal və ya xallar almaq olar. Bu klub Fransada praqmatik və qapalı oynayan komanda kimi tanınır. Həmçinin müdafiə xəttinin ləng oynadığını qeyd etməliyik. Xüsusən də, Reynaldonun sürətli oyunu və cinah reydləri hesabına “Sent Etyen”i məyus etmək olar.
Klubun maliyyə cəhətdən sıxıntısı olmasa da,  pulu başından aşan prezidentləri yoxdur. Bir maraqlı cəhəti də var: səhmləri iki şəxsin əlində – Bernard Kalassio və Rolan Romeyerin əlində cəmləşib.Yəni fransızların 2 prezidenti var. Az öncə qeyd etdiyim bir məsələyə yenidən qayıtmaq istərdim. Ərəb və rus milyarderlərin “at oynatdığı” Fransa çempionatında “Sent Etyen” sırf əzmkarlıq hesabına, ötən mövsüm  “Olimpik” (Marsel) və “Lion” kimi klubları qabaqlayıb, 69 xalla Avroliqanın pley-off mərhələsinə vəsiqə verən 4-cü yeri tutmağı bacarmışdı. Əslində, bu klub uzun müddət “Lill” ilə Çempionlar Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə apardı, 3 xal az toplaması isə onu bu imkandan məhrum etdi.

 

Komandanın bu mövsüm üçün transfer məsələlərində çox da xəsis davranmayıb.Riki van Volfsvinkel (“Norviç Siti”), Kevin Monnet Poket (“Loryan”), Yohan Mullo (“Nansi”), Jerold Nyemek (“Sent Etyen” B), Nathan Deloke (“Sent Etyen” U-19) Kevin Teofil Katherine( “Kardif Siti”) kimi futbolçular Bakıya təşrif buyura bilərlər. Fransızların kapitanı 29 yaşlı və 7 milyon avro qiymət qoyulan mərkəz müdafiəçisi Loik Perrindir. Komandanın vuran ayağı və ən təhlükəli futbolçusu Türkiyə və Fransa vətəndaşlıqları olan Mövlud Ərdincdir. Bu futbolçu ilə “Fənərbağça” və “Qalatasaray” cidd çəkildə maraqlansa da, o, Türkiyədə forma geyinməyə çox da həvəsli olmadı. 27 yaşlı futbolçuya “köhlən atlar”ın müdafiəçiləri xüsusi diqqət yetirməlidir. Komanda bu mövsüm Liqa-1 üçün 28 futbolçu sifariş verib ki, bunlardan cəmi 7-i legionerdir. Yaş ortalaması 25.7 olan bu klubu “futbolçu fabriki” adlandırsaq, yanılmarıq. Əsasən 4-4-2 taktikasından istifadə edən “Sent Etyen”in cinahlarda təhlükəli olmasına rəğmən, mərkəzdə çoxlu boşluqlar verməsi də diqqətdə saxlanılmalıdı. Heyətindəki 7 futbolçu həm də müxtəlif milli komandaların formasını geyir.

Heyətinin dəyər  83.35 milyon olan komanda Fransada bu mənada yalnız, PSJ, “Monako”, “Lion” və “Marsel”dən geri qalır.
Klubda 1 faiz səhmə sahib olmaq istəyən şəxs 3 milyon avrosundan keçməlidir. Komandanın ən dəyərli futbolçuları – 9 milyon 500 min avro dəyəri olan qapıçı Stefan Ruiffer və 7 milyon avro dəyəri olan Romain Hommunadır. Liqa-1-in 4-cü turunda PSJ ilə oyunda Ruifferin “uşaq səhvi” buraxdığını da qeyd etsək, yerinə düşər. Klub hal-hazırda Fransa çempionatında 7 xalla 8-ci pillədə qərarlaşıb (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət; top fərqi 5-6). Komanda “köhlən atlar”a rəqib ola bilmək üçün Avroliqanın pley-off mərhələsində Türkiyə “Karabükspor”unu mübarizədən kənarlaşdırıb. İlk matçı səfərdə 0:1 hesabı ilə məlub olan “Sent Etyen” daha sonra Fransada eyni hesabla qələbə qazanmağı bacarıb. Penaltilər seriyası isə qrup mərhələsinə vəsiqə qazanan klubun adını müəyyənləşdirib (4:3).

 

Komandanın bu mövsüm keçirdiyi bütün rəsmi oyunlar.

Liqa-1
I tur “Genqam” 0-2 “Sent Etyen”
II tur “Sent Etyen” 3-1 “Stad Reyms”
III tur “Sent Etyen” 0-0 “Renn”
IV tur PSJ 5-0 “Sent Etyen”

Avropa Liqası,pleyy-off mərhələsi
I oyun “Karabükspor” 1-0 “Sent Etyen”
II oyun “Sent Etyen” 1-0 “Karabükspor” (pen. 4-3)

Komandanın bu mövsüm üçün keçirdiyi yoldaşlıq oyunları
16.07.2014 “Gent” (Belçika) 2-0 “Sent Etyen”
27.07.2014 “Portu” (Portuqaliya) 0-0 “Sent Etyen”
20.07.2014 “Sent Etyen” 5-2 “Vilhelm II” (Hollandiya)
02.08.2014 “Lans” 0-1 “Sent Etyen”

Komandanın “Karabükspor”la qarşılaşmada istifadə etdiyi taktika


 
“Köhlən atlar” “Sent Etyen”lə bu tarixlərdə qarşılaşacaq:
18.09.2014 “Qarabağ” – “Sent Etyen”
27.11.2014 “Sent Etyen” – “Qarabağ”

Ürfan Məmmədzadə

Son yazılar

To Top