“Kəpəz”i təbrik edirəm”. Bu sözləri “Binə”nin baş məşqçisi Mehman Babayev deyib.
Qəsəbə təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə “Kəpəz”ə məğlub olub və mübarizəni dayandırıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bidirib: “Divizionla Premyer Liqa arasında fərq var. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bacarmadıq. Komandama təşəkkür edirəm və “Kəpəz”ə növbəti oyunlarda uğurlar arzu edirəm”.
