Divizionda VAR sistemi tətbiq olundu
17.05.2023 , 14:58

Azərbaycan Premyer Liqası oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatının almaları zəruridir.
Korner.az AFFA-nın saytlna istinadən xəbər verir ki, bununla əlaqədar cari mövsümdə ilk dəfə Azərbaycan I Divizionunda VAR sistemi tətbiq olunub.
Dünən “ASCO Arena”da keçirilmiş “Səbail-2” – MOİK qarşılaşmasının (0:0) baş hakimi Kamran Əliyev olub. Ona Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər. Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetirib.
