Divizionda IX turun oyun cədvəli açıqlandı
24.10.2019 , 16:51

Azərbaycan I Divizionda IX turun oyun cədvəli məlum olub.
Korner.az xəbər ki, turun bütün görüşləri saat 14:30-da başlayacaq.
I Divizion
IX tur
31 oktyabr (cümə axşamı)
“Neftçi-2” – “Səbail-2”
Binə qəsəbə stadionu
“Kəpəz” – “Zirə-2”
Gəncə şəhər stadionu
MOİK – “Zaqatala”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
1 noyabr (cümə)
“Keşlə-2” – “Qarabağ-2”
“AZAL Arena”
“Sumqayıt-2” – “Sabah-2”
“Kapital Bank Arena” (ehtiyat meydança)
“Ağsu” – “Turan Tovuz”
Ağsu şəhər stadionu
Qeyd: Bu tur “Qaradağ Lökbatan” komandası istirahət edəcək. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün təqvim üzrə nəzərdə tutulan “Turan Tovuz” – “Ağsu” matçı Ağsu şəhər stadionunda keçiriləcək. İkinci dövrədə bu komandalar arasında baş tutacaq görüş “Turan Tovuz” – “Ağsu” oyunu kimi qeyd olunacaq.
