Divizion klubunda baş məşqçi ayrılığı
26.03.2023 , 15:36

I Divizionda mübarizə aparan “Mingəçevir”də baş məşqçi Şəhruz Mustafayevlə yollar ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
“Mingəçevir” I Divizionda 21 turdan sonra 15 xalla 14-cü sıradadır.
