Ölkə futbolu

Divizion klubuna texniki məğlubiyyət verildi

24.05.2021 , 19:26

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, toplantıda I Divizionun XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz” – “Sabah-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimələnib. Oyundan öncə “Qarabağ” protokolu gecikdirdiyi üçün 80 manat cərimələnib. “Qaradağ Lökbatan” oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Son yazılar

Yuxarı