Ölkə futbolu

Divizion klublarının cəzası açıqlandı

17.03.2020 , 16:56

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Kəpəz” – “Sabah-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnib.

“Neftçi-2” – “Qarabağ-2” oyununun 6-cı dəqiqəsində “Qarabağ”ın 54 nömrəli futbolçusu İbrahim Hüseynov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan”ın 8 nömrəli futbolçusu Sərxan Əhmədli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.

“Səbail-2” – “Zirə-2” oyununun 90+4-cü dəqiqəsində  “Zirə”nin 77 nömrəli futbolçusu Cəlal Hüseynov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.

Son yazılar

Yuxarı