Divizion klublarının cəzası açıqlandı
20.04.2023 , 15:52
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda birinci divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zaqatala” – “Kəpəz-2” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” oyununda topdaşıyanlar topla artıq rəftar etdiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Mingəçevir” – “Qəbələ-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Səbail-2” – “Zirə-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.