Divizion klublarının cəzası açıqlandı
10.02.2023 , 18:38

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda I Divizionun XVI turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Qəbələ-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
XVI turun “Şamaxı-2” – “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur (maddə 60);
Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 62.1);
“Turan Tovuz-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Səbail-2” – “Qaradağ Lökbatan” oyununda “Səbail-2” komandasının oyunçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Zaqatala” – MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə klub 80 manat cərimə olunur (maddə 60);
“Zaqatala” – MOİK oyununda PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur (maddə 60);
“Zaqatala” klubunun oyunçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1);
MOİK klubunun oyunçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına gör 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1).
