Divizion klubları cəzalandırıldı
03.03.2023 , 15:56

Korner.az xəbər verir ki, toplantıda I Divizionun XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin;
“Qaradağ Lökbatan” klubu tərəfindən oyun topdaşıyan və xərəkdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin;
“Mingəçevir” – “İmişli” oyununda “İmişli” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“Mingəçevir” – “İmişli” oyununda meydançaya kənar şəxsin daxil olmasına görə “Mingəçevir” klubu 160 manat cərimə edilsin;
MOİK – “Şamaxı” oyununda topdaşıyanlar oyun zamanı toplarla artıq rəftar etdiyinə görə MOİK klubu 80 manat cərimə edilsin;
“Araz Naxçıvan” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say tərkibinin pozulmasına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilsin;
“Sumqayıt-2” komandası oyunu gecikdirdiyinə görə 80 manat cərimə edilsin.
