Divizion klubları cəzalandırıldı
16.09.2022 , 18:57

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda I Divizionun IV turunda beş verənlərlə əlaqədar aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Mingəçevir” oyununda “Mingəçevir” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
“İmişli” klubunun futbolçusu Həmzə Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
“Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
