Divizion klubları cərimələndi
08.04.2022 , 16:07

Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, I Divizionun XIX və XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
I Divizionun XIX turunun “Zirə-2” – “Qəbələ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
“Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
XIX turun “Səbail-2” – “Qaradağ Lökbatan” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” klubunun qapıçısının formasında qüsur olduğuna görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur;
XIX turunun “Keşlə-2” – “Sumqayıt-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
XIX turun “Neftçi-2” – “Kəpəz” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
XIX turun MOİK – “Sabah-2” oyununda “Sabah-2” komandasının futbolçusu Mixeil Erqemlidze təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
MOİK klubunun futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
I Divizionun XX turunun “Qarabağ-2” – “Səbail-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
“Səbail-2” komandasının futbolçusu Mehman Məsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
XX turun “Sumqayıt-2” – “Turan Tovuz” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur;
“Turan Tovuz” klubunun futbolçusu Davud Mahmudov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur;
XX turun “Kəpəz” – “Keşlə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
XX turun “Qəbələ-2” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.
