Divizion klubları cərimələndi
07.04.2023 , 15:21

İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda I Divizionun XXIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” – “Kəpəz-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilib.
“Neftçi-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Mingəçevir” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
MOİK – “Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komanda 320 manat cərimə edilib. “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununun keçirildiyi “Kapital Bank Arena”nın ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə “Sumqayıt-2” komandasına xəbərdarlıq edilib.
