Futbol

“Diqqətli olmalıyıq” – Qurban Qurbanov

18.06.2019 , 17:29

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub.

Korner.az xəbər verir ki, təmnsilçimiz  bu mərhələdə son Albaniya çempionu “Partizani”ylə qarşılaşacaq.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib: “Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq”.

Son yazılar

Yuxarı