Diomande üçün rekord transfer qiyməti: 100 milyon avro
27.01.2026 , 10:00
Almaniyanın “Leyptsiq” klubu gənc hücumçusu Yan Diomandenin transferi ilə gündəmə gəlib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 19 yaşlı forvardla maraqlanır.
Almaniya təmsilçisi Diomande üçün 100 milyon avro qiymət müəyyən edib.
“Leyptsiq” bu satışla klub tarixində ən böyük transfer rekordunu qırmağı hədəfləyir. Hazırda ən bahalı satış 88 milyon avroya “Mançester Siti”yə keçən Yoşko Qvardioladır.
Fil Dişi Sahilindən olan futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 19 oyunda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.