Dino Ndlovunun yeni klubu
29.06.2023 , 22:03

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovunun yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, ötən mövsümü “Boluspor”da keçirən 33 yaşlı hücumçu “Sakaryaspor”da çıxış edəcək.
Bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cənubi afrikalı forvardla 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
