“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovunun komandadan ayrılmaq ehtimalı olduğunu xəbər vermişdik. Sport24.az 27 yaşlı forvardın Çinin “Hançjou Qrintaun” klubuna keçmək ehtimalına aydınlıq gətirib.
Ndlovu açıqlamasında bu barədə heç bir şey eşitmədiyini və klubdan ona heç nə deyilmədiyini bildirib: “Bu barədə heç nə bilmirəm. Onu yazan adamdan soruşmaq lazımdır. Çünki heç belə bir söhbət olmayıb. Görəsən, Çin klubundan ötürüblər bu məlumatı? “Qarabağ”dan heç kim mənə heç nə deməyib”. (Sport24.az)
