“Rəvan” yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, əsas komanda əvəzedicilərlə üz-üzə gəlib.
Oyun əsas komandanın 6:1 hesablı qələbəsiylə başa çatıb. Əsas komandanın heyətində Xuan Manuel Varea (2), Rəşad Abdullayev, Ramazan Abbasov, Elnur Abdulov və Ceyhun Cavadov, əvəzedicilərdə isə Rüfət Cəlilov fərqlənib. Qeyd edək ki, bu, Şahin Diniyevin “Rəvan”ın baş məşqçisi kimi ilk oyunu idi. Onun ilk rəsmi oyunu isə oktyabrın 19-da Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı baş tutacaq.
