Diniyevin yeni klubu
27.07.2024 , 21:37

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, “Ümraniyespor”dan ayrılan futbolçu “Bandırmaspor”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
