Diniyevin yeni klubu məlum oldu – Rəsmi
11.02.2025 , 10:57

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, o, bundan sonra 1-ci liqa təmsilçisi “Çorum”da çıxış edəcək.
Bu barədə Türkiyə klubunun mətbuat xidməri məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
“Çorum” hazırda turnir cədvəlində 35 xalla 7-ci pillədədir.
