Diniyevin komandasından heç-heçə
10.04.2025 , 12:15

Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı oyunçu Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “Ərzurumspor”la qarşılaşıb.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Millimizin üzvü bu görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.
Hazırda “Çorum” 48 xalla 11-ci yerdədir.
