Diniyevin komandasından heç-heçə
16.12.2024 , 12:02
Türkiyə Birinci Liqasında 16-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu turda Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” “Gənclərbirliyi”ni qonaq edib.
Diniyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Coşqun ötən oyunda cəza aldığı üçün bu qarşılaşmanı buraxmalı olub.