Diniyevin komandası baş məşqçisiz qaldı
17.06.2025 , 14:00

Türkiyənin “Çorum” klubu baş məşqçisi Can Güçerlə yollarını ayırıb.
Korner.az xəbər verir ko, bu barədə 1 Liqa təmsilçisi məlumat yayıb.
Mütəxəssis karyerasını “Eyüpspor”da davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev də “Çorum”da çıxış edir.
