Diniyevin cəzası azaldıldı
27.10.2022 , 14:21

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Coşqun Diniyevin cəzasını azaldıb.
Korner.az xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında qərar qəbul edilib.
Diniyevə daha əvvəl verilən 2 oyunluq cəza 1-ə endirilib.
Qərarda bunlar qeyd olunub:
“Azərbaycan Premyer Liqasının X turunun “Sabah” – “Zirə” oyununda (1:0) “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Stadiondakı əmlaka “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin”.
