Diniyev klubundan ayrıldığını açıqladı
26.06.2024 , 15:58

Azərbaycan millisinin üzvü Coşqun Diniyev “Ümraniyespor”dan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial media hesabında məlumat yayıb.
O, 1-ci liqa təmsilçisi ilə vidalaşıb.
Qeyd edək ki, Coşqun ötən mövsümün əvvəlindən “Ümraniyespor”da oynayırdı.
