“Neftçi” bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da çıxış edən Kərim Diniyev paytaxt klubunu tərk edib.
Artıq Kərimin yeni iş yeri müəyyənləşib. Şahin Diniyevin oğlu AZAL-a keçib. O, artıq yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kərim ilk yarıda “Sumqayıt”da 9 oyuna çıxıb və 483 dəqiqə oynayıb.
