Diniyev 50-ə çatdı
16.08.2021 , 16:48

Azərbaycan Premyer Liqasının I turunun “Səbail”lə matçı (0:1) “Sabah”ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, o, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb.
Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb. O, ötən çempionatda 22 dəfə oynamaq imkanı qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.
O, klub tarixinə Premyer Liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.
