"Dinamo" (Moskva) klubunun bir sıra azarkeşi komandanın məşqindən sonra futbolçulara boya tapançası ilə hücum ediblər.
Korner.az-ın məlumatına görə, azarkeşlərin hiddətinə səbəb klubun mövsümə uğursuz başlamasıdır.
Azarkeşlər maska geyindikləri üçün onların kimliyini müəyyən etmək mümkün olmayıb. Klubun rəsmi internet səhifəsində hadisə ilə bağlı açıqlama yer alıb:
"Bu əvvəlcədən təşkil edilmiş hadisədir. Biz klub olaraq gunahkarların tapılması və cəzalandırılması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb.
