“Dinamo”nun yeni baş məşqçisi məlum oldu
17.12.2025 , 15:30
Kiyev “Dinamo”sunun yeni baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, paytaxt klubuna İqor Kostyuk həvalə olunub.
50 yaşlı mütəxəssis indiyədək komandada baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edirdi. Klub noyabrın 27-də Aleksandr Şovkovski ilə yollarını ayırmışdı.
Qeyd edək ki, hazırda “Dinamo” 16 turdan sonra topladığı 26 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.