Çempionlar Liqasında Gürcüstanın "Zestafoni" klubu ilə qarşılaşacaq "Neftçi" Avstriya toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçını keçirib. Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın rəqibi Kiyev "Dinamo"su olub.
Ukrayna təmsilçisi bu görüşdə Böyükağa Hacıyevin meydana buraxdığı ehtiyat oyunçuları meydana çıxmağa peşman edib – 0:5.
Qollar: Yarmalenko 11 (pen), Haruna 16, Braun 40; 59, Kravets 90
"Neftçi" meydana aşağıdakı heyətlə çıxıb:
"Neftçi": Emil Balayev, Emin Mehdiyev, Kərim Diniyev, Saşa Yunisoğlu, Tərlan Quliyev, Mirhüseyn Seyidov, Kənan Manafov, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, İlham Allahverdiyev
