Kiyev “Dinamo”su yeni futbolçu ilə güclənib.

Korner.az xəbər verir ki, Kiyev klubu Şimali Makedoniyanın “Şkendiya” klubundan Reşad Ramadanini heyətinə qatıb.

Kiyevlilərin bu transfer üçün 250 min avro ödədiyi yazılır.

Qeyd edək ki, Şimali Makedoniyanın gənclər millisinin də üzvü olan 19 yaşlı dayaq yarımmüdafiəçisi cari mövsüm 15 matçda forma geyinib.