“Dinamo”dan İtaliya klubuna
11.06.2025 , 15:10

“Dinamo”nun futbolçusu Martin Baturina klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Zaqreb təmsilçisinin yarımmüdafiəçisi “Komo” ilə razılığa gəlib.
İtaliya klubu 22 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq.
Onun transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
