“Dinamo”da yeni baş məşqçi
22.04.2020 , 20:15

“Dinamo”(Zaqreb) klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bundan sonra komandanı İqor Yoviçeviç çalışdıracaq.
Mütəxəssis bu postda ötən həftə istefaya göndərilən Nenad Belitsanı əvəzləyib. Yoviçeviçlə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
