“Dinamo” Zaqrebin yeni baş məşqçisi məlum oldu
06.04.2023 , 23:38

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”sunun yeni baş məşqçisi bəlli olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra İqor Bişçan çalışdıracaq.
Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, bu postda istefaya göndərilən Ante Çaçiçi əvəz edib.
