“Dinamo” Şeydayevlə yolları ayırdı – RƏSMİ
09.01.2020 , 19:58

Moskvanın “Dinamo” klubu Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə yolları ayırıb.
Korner.az xəbər verir ki, onunla bu ilin yayına qədər olan müqavilə ləğv edilib.
Hücumçu ötən ilin yayında digər Premyer Liqa təmsilçisi “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 8 oyun keçirib və qol vura bilməyib.
