“Dinamo” Şeydayevi göndərir
23.12.2019 , 20:29

Azərbaycan millisinin üzvü Ramil Şeydayev qış transfer dönəmində Moskva “Dinamo”sundan ayrılacaq.
Korner.az xəbər verir ki, komandadan ayrılacağı gözlənilən futbolçular siyahısında 23 yaşlı hücumçu da var. Bu barədə “Sport-Express” nəşri yazıb.
Bildirilib ki, yeni baş məşqçi Kirill Novikovun rəhbərliyi altında yalnız bir matçda meydanda olan Ramil paytaxt klubundan gedəcək.
Şeydayev bu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçib. Ramil Premyer Liqada meydana çıxdığı 8 oyunda 1 assist edib.
