“Dinamo” Kannavaro ilə müqavilə imzaladı
03.01.2025 , 10:43
Zaqreb “Dinamo”su yeni baş məşqçisi Fabio Kannavaro ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssis ötən gün 2026-cı ilin iyununa qədər olan sözləşməyə qol çəkib.
Kannavaro bu vəzifədə Nenad Byelitsanı əvəzləyib. O, yeni klubunda fəaliyyətə bu gündən başlayacaq.