UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində az sonra başlayacaq “Qəbələ” – “Dinamo” matçında qonaq komanda dəstəksiz qalmayacaq.
Korner.az-ın məlumatına görə, bu matç üçün Gürcüstandan 50-dən çox azarkeş gəlib. Tiflis klubunun fanatları az öncə arenaya gəliblər. Onların stadiona daxil etdikləri bannerlər də, yoxlanıldıqdan sonra buraxılıb.
