“Dinamo” baş məşqçisini qovdu
14.08.2019 , 19:59

Ukraynanın “Dinamo” klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, mütəxəssislə yanaşı, onun köməkçiləri də göndərilib.
“Dinamo” Çempionlar Liqasının III təsnifat mərhələsində Belçikanın “Brügge” klubuna məğlub olaraq, mübarizəni dayandırıb. Buna görə Xatskeviç postundan uzaqlaşdırılıb.
