“Dinamo” baş məşqçini göndərdi
09.04.2025 , 15:55

“Dinamo” baş məşqçi Fabio Kannavaro ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zaqreb təmsilçisi 51 yaşlı mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
İtaliyalı çalışdırıcı ötən ilin dekabrından “Dinamo”ya rəhbərlik edirdi.
