Ukraynanın “Dinamo” (Kiyev) klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev transferə çıxarılıb. Korner.az-ın məlumatına görə, bu barədə klubun baş məşqçi Yuri Syomin deyib.
Çalışdırıc Kiyev klubunun rəsmi saytına açıqlamasında bildirib. Syomin deyib ki, ötən mövsümün sonlarından əsas heyətə düşməyən 27 yaşlı yarımmüdafiəçini ehtiyatda saxlamağa haqları yoxdur. Futbolçu klub tapanadək “Dinamo”nun ikinci heyəti ilə birgə məşq edəcək.
Qeyd edək ki, Rusiyanın Xabarovsk şəhərində doğulmuş Aleksandr Əliyev peşəkar karyerasına 2002-ci ildə başlayıb. O, 2010-cu ildə Yuri Syominlə birgə Rusiya “Lokomotiv”inə keçib. Lakin 2 mövsümdən sonra Əliyev elə Syominlə “Dinamo”ya qayıdıb. Futbolçu 2011-2012-ci il mövsümündə bütün turnirlərdə 37 oyuna 5 qol vurub. O, Ukrayna yığmasının heyətində 2012-ci il Avropa çempionatında da iştirak edib.
